...

İsraildə baş verən terror aktına görə məsuliyyəti HƏMAS öz üzərinə götürüb

Dünya xəbərləri Materials 2 Oktyabr 2024 23:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Təl-Əvivdə yeddi nəfərin ölümü ilə nəticələnən terror hücumunun məsuliyyətini HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam briqadası öz üzərinə götürüb.

Trend-in məlumatına görə, hərəkatın hərbi qanadı hücumda 7 nəfərin həlak olduğunu, 16 nəfərin isə yaralandığını bildirib.

Hadisə oktyabrın 1-də Təl-Əvivin cənubunda baş verib. Avtomat silahlarla silahlanmış iki şəxs tramvaya daxil olaraq sərnişinlərə atəş açıb, daha sonra isə küçədəki insanlara atəş açıblar.

İstintaq nəticəsində hücumu törədən şəxslərin İordan çayının qərb sahilindəki Xevron şəhərindən olduqları məlum olub. Onlardan biri hadisə yerində zərərsizləşdirilib, digəri isə ağır yaralanıb.

Xəbər lenti

Xəbər lenti