...

Argentina məhkəməsi Dieqo Maradonanın qalıqlarının qəbiristanlıqdan çıxarılmasına icazə verib

Dünya xəbərləri Materials 3 Oktyabr 2024 03:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə, futbol əfsanəsi Dieqo Maradonanın qalıqlarının Buenos-Ayresdə tikilməkdə olan ictimai məqbərədə dəfn edilməsi üçün şəxsi qəbiristanlıqdan çıxarılmasına icazə verib.

Trend xəbər verir ki, Argentina paytaxtının San İsidro məhkəməsi bu qərarı çərşənbə axşamı, Maradonanın uşaqlarının tələbi əsasında qəbul edib. Məhkəmə, beş övladına "humanitar və emosional səbəblərə görə" Maradonanın qalıqlarını ölkədən çıxarma hüququnu verib.

Əfsanəvi futbolçunun qızlarından biri Dalma Maradona sosial şəbəkələrdə yazıb: "Biz həmişə bilirdik ki, onun yeri xalq arasındadır, lakin təhlükəsizlik tədbirlərinin prioritet olduğunu da başa düşürdük."

1986-cı il Dünya Kubokunun qalibi Dieqo Maradona 2020-ci ildə 60 yaşında vəfat edib. Onun cənazəsi Buenos-Ayresdən təxminən 50 kilometr şimal-qərbdə yerləşən Jardín de Bella Vista qəbiristanlığında dəfn edilib.

Xəbər lenti

Xəbər lenti