Bakı. Trend:
ABŞ-ın Qrin Bey şəhərində ömürlük həbs cəzasına məhkum edilmiş iki qardaşa bəraət verilib.
Trend-in NBC News-a istinadən verdiyi məlumata görə, hadisə 1987-ci ilin avqustunda baş verib. Viskonsin ştatının Qrin Bey şəhərindəki barda işləyən iki uşaq anası qadının qalıqları meşədə tapılıb. Qatilin axtarışına başlansa da, uğur qazanmayıb.
Devid və Robert Binz qardaşları 2000-ci ildə islah müəssisəsində bir məhbusun məlumatı əsasında həbs edilib. Qardaşların qətllə bağlı heç bir fiziki sübutu olmasa da, onlar ömürlük həbs cəzasına məhkum ediliblər.
2023-cü ildə cinayət yerində tapılan DNT-nin genetik profili yaradılıb və nəticədə əsl günahkar müəyyənləşdirilib. Qardaşların günahsız olduğu ortaya çıxsa da, onlar 24 il həbsdə qalıblar. İndi ədalətin pozulmasına görə təzminat tələb etməyi planlaşdırırlar, lakin ştatda təzminat imkanları məhduddur və əldə edilə biləcək maksimum məbləğ 25.000 dollardır.