Bakı. Trend:
Bu ilin 9 ayında Afrikada 35 mindən çox şəxs meymunçiçəyi (“mpox”) virusuna yoluxub.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, bu müddət ərzində virusa yoluxan 996 nəfər dünyasını dəyişib. Sentyabrın 23-dən 29-dək olan həftə ərzində virusa yoluxanların sayı 4098, ölənlərin sayı isə 156 nəfər artıb.