Bakı. Trend:
Tunis Respublikasında keçirilən prezident seçkilərində hazırkı Prezident Kays Said 90,69 faiz səs toplayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tunis Ali Seçki Komissiyasının sədri Faruk Buasker keçirdiyi mətbuat konfransında Prezident Kays Saidin səslərin 90,69 faizini toplayaraq, qalib gəldiyini bildirib.