...

Əlcəzair Fransanı taxıl alqı-satqısında iştirakdan tamamilə kənarlaşdırdı

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 22:15 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əlcəzair Fransanı taxıl alqı-satqısında iştirakdan tamamilə kənarlaşdırdı.

Trend Əlcəzair KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 8-də keçirilən hərraca hətta Fransa şirkətləri dəvət edilməyib, qalan iştirakçılar Fransa taxılını təklif etməkdən çəkinməyə çağırılıb.

Əlcəzair buğda idxalına görə dünyada dördüncü yeri tutur, yalnız İndoneziya və Çindən sonra ikinci yerdədir, çünki üçüncü yerdə olan Türkiyə buğdasının əhəmiyyətli bir hissəsini daxili ehtiyaclar üçün istifadə etmək əvəzinə emal edib ixrac edir. Son vaxtlara qədər Fransa Əlcəzairin əsas taxıl tədarükçüsü idisə, son iki-üç ildə onu Rusiya ötüb.

Ölkələr arasında gərginlik Parisin bu ilin iyulunda Qərbi Saharanın Mərakeşin suverenliyinə keçmə planını dəstəkləməsindən sonra yaranıb. Bu, bu ərazidə müstəqil dövlət yaratmaqda israrlı olan Əlcəzairlə münasibətləri çətinləşdirib. Qeyd etmək lazımdır ki, 2021-ci ilin oktyabrında prezident Makron Əlcəzair millətinin Fransa müstəmləkəçiliyindən əvvəl mövcudluğunu şübhə altına aldıqda və ölkənin “siyasi-hərbi sistemini” tənqid edəndə Fransa artıq Əlcəzairlə ticarətdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti