Bakı. Trend:
İsrail ordusu 3 gündür ki, İsrailin siyasi rəhbərliyinin göstərişi ilə Beyrutdakı "Hizbullah" hədəflərinə zərbələr endirmir.
Trend-in məlumatına görə, bu barədə "Kan" radiostansiyası bildirib.
Məlumata əsasən, sonuncu dəfə İsrail Hərbi Hava Qüvvələri oktyabrın 10-da Beyrutdakı hədəfi zərbələr endirib.
"Ynet" portalı qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri tərəfindən Beyrutdakı hədəflərə hava hücumları ABŞ prezidenti Co Bayden oktyabrın 9-da İsrailin Baş naziri Benyamin Netanyahudan Livanın mülki əhalisinə, o cümlədən Livanın mülki əhalisinə dəyən ziyanı minimuma endirməyi xahiş etdikdən sonra həyata keçirilmir.