...

Britaniya Gürcüstanla dialoqu dondurdu - Səfir

Dünya xəbərləri Materials 15 Oktyabr 2024 10:31 (UTC +04:00)
Britaniya Gürcüstanla dialoqu dondurdu - Səfir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti nazirlər səviyyəsində Gürcüstanla "Wardrobe" dialoqunu dondurmaq və iki ölkənin müdafiə qərargahları arasında danışıqları ləğv etmək qərarına gəlib.

Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Gürcüstandakı səfiri Qarret Uord Gürcüstan KİV-lərinə müsahibəsində deyib.

"10 ildə ilk dəfə olaraq biz hər il keçirilən illik "Wardrobe" Yüksək Səviyyəli Nazirlər Dialoqunu dondurmaq qərarına gəldik. Bu, dialoq formatı yaranandan bəri ilk dəfə baş verib. Biz həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq", - deyə Q.Uord bildirib.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti