...

Gürcüstanda parlament seçkilərində seçici fəallığı 58,94 faiz təşkil edib

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 21:38 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda keçirilən parlament seçkilərində seçici fəallığı 58,94 faiz təşkil edib.

Trend xəbər verir ki, seçkilərdə 2 milyon 60 min 412 seçici səs verib.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkilərində səsvermə baş tutub.

Qeyd edək ki, Gürcüstanda ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malik olub.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edib.

Xəbər lenti

Xəbər lenti