...

Gürcüstan MSK “Gürcü arzusu” partiyasının parlament seçkilərində qalib gəldiyini elan edib

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 11:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda ötən gün keçirilən parlament seçkilərinin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Qiorgi Kalandarişvili bildirib.

Onun sözlərinə görə, 3111 seçki məntəqəsindən 3100-nün səsləri hesablanıb.

"Qalan bir neçə məntəqə ölkə xaricində yerləşir və məlumatlar əlçatan olan kimi yenilənəcək", - deyə MSK sədri qeyd edib.

O bildirib ki, hakim “Gürcü arzusu” partiyası 54,08 faiz səs toplayaraq seçkilərdə qalib gəlib. Sonrakı yerdə 5 faizlik baryeri keçən dörd partiya gəlir: “Dəyişiklik üçün Koalisiya” - 10,92%, “Vahid Milli Hərəkat” - 10,12%, “Güclü Gürcüstan” - 8,72% və “Gürcüstan Naminə” - 7,76%.

Xəbər lenti

Xəbər lenti