...

Parlament seçkiləri Özbəkistan əhalisinin maraqlarının müdafiəsini təmin etməyə imkan verir - keçmiş partiya lideri

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 14:52 (UTC +04:00)
Parlament seçkiləri Özbəkistan əhalisinin maraqlarının müdafiəsini təmin etməyə imkan verir - keçmiş partiya lideri
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Daşkənd. Trend:

Parlament seçkiləri Özbəkistanın bütün əhalisinin maraqlarının müdafiəsini təmin etməyə imkan verir.

Bu barədə Trend-ə açıqlamasında "Milliy tiklaniş" Demokrat Partiyasının keçmiş lideri Sərvər Otamuratov deyib.

"Özbəkistanda yeni konstitusiyaya uyğun olaraq ilk dəfə seçkilər keçirilir. Keçən il yeni konstitusiya qəbul edildi. Həmçinin ölkədə qarışıq seçkilər keçirilir. Konstitusiyaya və digər qanunlara edilən dəyişikliklərin əsas məqsədi isə siyasi partiyaların əhəmiyyətini gücləndirməkdir", - deyə o bildirib.

O əlavə edib ki, Özbəkistan xalqı həm siyasi partiyaların namizədlərinə, həm də konkret partiya proqramına səs verir. Onun sözlərinə görə, bu parlament seçkiləri siyasi partiyaların nə qədər güclü olduğunu göstərəcək.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti