Bakı. Trend:
İspaniyada leysan yağışların səbəb olduğu daşqında olənlərin sayı 95 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə "el Pais" nəşri rəsmi məlumatlara istinadən xəbər verib.
Məlumata əsasən, daha onlarla insan hələ də itkin düşmüş sayılır.
Valensiya muxtar bölgəsində 92, Kastiliya-La-Mançedə - daha iki, Malaqada (Əndəlusiya) bir nəfər öldü. Elektrik enerjinin kəsilməsi təxminən 115 min insana təsir edib.
Valensiya hava limanında bir neçə reys təxirə salınıb. Bundan əlavə, bölgədə dəmir yolu və avtomobil əlaqəsi qismən kəsilib, məktəblərdə dərslər dayandırılıb, parklar bağlanıb.