...

Harris Trampın ABŞ-də prezidentliyə namizəd olmaqdan kənarlaşdırılmalı olduğunu hesab edir

Dünya xəbərləri Materials 2 Noyabr 2024 06:51 (UTC +04:00)
Harris Trampın ABŞ-də prezidentliyə namizəd olmaqdan kənarlaşdırılmalı olduğunu hesab edir

Bakı. Trend:

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris hesab edir ki, onun rəqibi respublikaçı Donald Tramp dövlət başçısı postuna namizəd olmaqdan kənarlaşdırılmalıdır.

Trend-in məlumatına görə, o, bu barədə D.Trampın 2017-2023-cü illərdə Vayominq ştatından ABŞ Nümayəndələr Palatasının üzvü olan respublikaçı Liz Çeyni haqqında dediklərini şərh edərkən bildirib.

"Bu, diskvalifikasiya faktoru olmalıdır. ABŞ-nin prezidenti olmağa can atan və bu cür zorakı ritorikadan istifadə edən hər kəs açıq-aşkar acizdir və prezident olmaq üçün yararsızdır", - deyə Harris bildirib.

Daha əvvəl D.Tramp seçkilərdə K.Harrisi dəstəkləyən Liz Çeynini “radikal müharibə şahini” adlandırıb və həmçinin “ona silah tuşlansa” özünü necə aparacağı ilə bağlı fikir bildirib.

Qeyd edək ki, L.Çeyni 2001-2009-cu illərdə ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışmış respublikaçı Dik Çeyninin qızıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti