...

İranda 4,8 bal gücündə zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 3 Noyabr 2024 09:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimalında yerləşən Semnan əyalətində 4,8 maqnitudalı zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə məlumatı İran Seysmoloji Mərkəzi yayıb. Zəlzələ yerli vaxtla saat 05:16-da Qəmsar şəhəri yaxınlığında, 11 km dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar Tehran və Kərəc şəhərlərində də hiss edilib.

Dağıntı və itki barədə hələlik məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti