Bakı. Trend:
Donald Tramp lazımi sayda seçici səsini toplayaraq prezident seçkilərində qələbə qazanır.
Trend ABŞ KİV-ə istinadən xəbər verir ki, Tramp hazırda 277, Kamala Harris isə 226 səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərində qalib gəlmək üçün tələb olunan hədd 270 seçici səsidir.