Bakı. Trend:
Gürcüstanda etiraz aksiyasının iştirakçıları Tbilisi Dövlət Universitetinin yaxınlığında toplaşıblar.
Trend-in məlumatına görə, səhər saatlarına baxmayaraq, etirazçılara yeni gənclər qrupları qoşulur. Yüzlərlə nümayişçi Çavçavadze prospektində nəqliyyatın hərəkətinə mane olub.
Polis və xüsusi təyinatlı qüvvələr etirazçılardan bir neçə məhəllə kənarda yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl etirazçılar Rustaveli prospektindən xüsusi təyinatlılar tərəfindən çıxarılıb.