Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Stephens Inc” investisiya şirkətinin rəhbəri Uorren Stivesi Birləşmiş Ştatların Böyük Britaniyadakı səfiri vəzifəsinə namizədliyini irəli sürəcəyini bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Ölkənin ən uğurlu iş adamlarından biri olan Uorren Stivensin ABŞ-nin Sent-Ceyms sarayında səfiri vəzifəsinə namizədliyini irəli sürdüyünü və bu vəzifədə o, Birləşmiş Krallıqdakı nümayəndəmiz kimi fəaliyyət göstərəcəyini bildirməkdən məmnunluq duyuram", - deyə o bildirib.
D.Trampın sözlərinə görə, 67 yaşlı Stivens Vaşinqtonu “Amerikanın ən dəyərli müttəfiqlərindən biri” olan ölkədə təmsil edəcək”. ABŞ-də diplomatik nümayəndəliklərin rəhbərləri vəzifələrinə prezidentin təklif etdiyi namizədlər əvvəlcə Senat tərəfindən təsdiqlənməlidir.