...

Tbilisidə etiraz aksiyaları: 26 nəfər xəsarət alıb, 30-u həbs edilib

Dünya xəbərləri Materials 3 Dekabr 2024 13:24 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə 2-3 dekabr tarixlərində keçirilən etiraz aksiyaları zamanı təcili tibbi yardım üçün 26 nəfər müraciət edib. Onlardan 23-ü aksiya iştirakçısı, 3-ü isə polis əməkdaşıdır.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat verib.

“Xəsarət alanların bir hissəsi xəstəxanalara çatdırılıb və həkimlərin nəzarətindədir. Yaralıların həyatına heç bir təhlükə yoxdur”, – Səhiyyə Nazirliyindən bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi hələlik aksiya iştirakçılarının saxlanılması ilə bağlı məlumat yaymayıb.

Lakin yerli KİV-lərin məlumatına görə, 28 noyabrdan bəri keçirilən etiraz aksiyaları zamanı Tbilisidə təxminən 250 nəfər saxlanılıb, onlardan 30-u ötən gecə həbs edilib. Əksər saxlanılan şəxslərə polisə tabe olmamaq və xırda xuliqanlıq ittihamları irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti