Bakı. Trend:
Cənubi Koreyada hərbi vəziyyət elan olunub.
Trend xəbər verir ki, bunu Cənubi Koreyanın prezidenti Yun Sok Yol xalqa müraciətində bəyan edib.
"Azad Koreya Respublikasını Şimali Koreya kommunist qüvvələrinin təhlükəsindən qorumaq, xalqımızın azadlığını və xoşbəxtliyini talan edən mənfur Şimali Koreyaya meylli anti-dövlət qüvvələrinin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edirəm", - o bildirib.
O, müraciətində konkret olaraq hansı tədbirlərin görüləcəyini açıqlamayıb.