...

Cənubi Koreyanın hakim partiyası prezidentin qərarını doğru hesab etmədi

Dünya xəbərləri Materials 3 Dekabr 2024 19:49 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın hakim “Vətəndaş gücü” partiyasının lideri Han Don Huk ölkədə hərbi vəziyyət elan edilməsini doğru hesab etməyib.

Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Cənubi Koreyada hərbi vəziyyət elan olunub.

"Azad Koreya Respublikasını Şimali Koreya kommunist qüvvələrinin təhlükəsindən qorumaq, xalqımızın azadlığını və xoşbəxtliyini talan edən mənfur Şimali Koreyaya meyilli anti-dövlət qüvvələrinin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edirəm", - ölkə Prezidenti Yun Sok Yol bildirib.

Bundan sonra Cənubi Koreyanın Müdafiə Nazirliyi əsas komandirlərin iclasını elan edib. Bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti