Bakı. Trend:
3-4 dekabr tarixlərində Tbilisidə keçirilən aksiyada polis əməkdaşları tərəfindən 22 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bütün saxlanılan şəxslərə qarşı inzibati qaydada ittihamlar irəli sürülüb.
Qeyd edək ki, 3 dekabrda Gürcüstan Daxili İşlər Nazirliyi 28 noyabrdan etibarən şəhərdə inzibati qaydada 293 nəfərin saxlanıldığını və məhkəmələrin onların işlərinə baxdığını bildirmişdi.