Bakı. Trend:
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 226 milyon 127 min 73 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə Qazaxıstana 22 milyon 283 min 76
dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da
keçən ilin noyabr ayı ilə müqayisədə 8,5 faiz azdır” – deyə
nazirlikdən bildirilib.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsul
ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28
milyard 147 milyon 342 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 min dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəvi məhsul ixrac edib.