...

ABŞ Suriyaya müdaxilə etməməlidir - Donald Tramp

Dünya xəbərləri Materials 7 Dekabr 2024 19:58 (UTC +04:00)
ABŞ Suriyaya müdaxilə etməməlidir - Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"ABŞ Suriyaya müdaxilə etməməlidir", - ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp sosial media hesabında bildirib.

Trend xəbər verir ki, Tramp Suriyadakı vəziyyəti xaos kimi xarakterizə edərək qeyd edib: "Suriya bizim dostumuz deyil və bu, bizim savaşımız deyil. Nə baş verirsə, versin, əsla müdaxilə etməyin."

Donald Tramp bu bəyanatı ilə hazırkı Co Bayden administrasiyasını Suriyaya müdaxilə etməməklə bağlı xəbərdar edib.

O, həmçinin Suriyadakı müxalifətin ciddi uğurlar qazandığını vurğulayıb: "Onlar artıq Dəməşqə yaxınlaşıblar. Bu, Bəşər Əsəd rejiminə qarşı atılmış mühüm addımdır."

Tramp əlavə edib ki, Rusiya artıq Suriyaya kömək edə bilmir: "Ukraynada 600 min hərbçi itirən Rusiya uzun illərdən bəri dəstəklədiyi Suriyaya indi dəstək verə bilmir," - deyə siyasətçi qeyd edib.

Xəbər lenti

Xəbər lenti