...

Suriya ordusu Palmiranı tərk etdi

Dünya xəbərləri Materials 7 Dekabr 2024 20:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya hökumət qüvvələri Homs əyalətinin mərkəzi bölgəsində yerləşən Palmira şəhərindən geri çəkilib. Şəhərə “Azad Suriya Ordusu” adlandırılan silahlı qruplar daxil olub.

Trend xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, silahlı qruplar ordunun istifadə etdiyi silah anbarlarını ələ keçiriblər. Bundan başqa, Əl-Cəzirə xəbər verir ki, yaraqlılar Homs əyalətinin cənubunda strateji əhəmiyyət daşıyan Cebel əl-Qurab ərazisinə nəzarəti ələ keçiriblər.

Bundan əvvəl Al Hadath telekanalı da bu ərazinin Azad Suriya Ordusunun nəzarətinə keçdiyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti