...

Rusiya Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanla kruiz marşrutlarını inkişaf etdirməyi planlaşdırır

Dünya xəbərləri Materials 9 Dekabr 2024 13:52 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Nəqliyyat Nazirliyi Azərbaycanın, İranın, Türkmənistanın və Qazaxıstanın iştirakı ilə beynəlxalq kruiz marşrutlarının inkişaf etdirilməsi üçün Mahaçqala və Dərbənd limanlarının infrastrukturunun modernləşdirilməsini planlaşdırır.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

“Mahaçqala və Dərbənd limanlarında kruiz gəmilərinin qəbulu üçün liman infrastrukturunu modernləşdirmək və inkişaf etdirmək lazımdır. Burada, həmçinin, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanla beynəlxalq marşrutların inkişafı üçün böyük potensial var. Bunun üçün limanlarda dövlət sərhədindən keçid məntəqələrinin yaradılması və hökumətlərarası sazişlərin imzalanması tələb olunur”, – deyə məlumatda qeyd olunur.

Bildirilib ki, yeni kruiz gəmisi gələn il ilk dəfə Xəzər dənizinin sularına çıxacaq.

Kombinə edilmiş marşrut Mahaçqala və Həştərxan dəniz limanlarını Rostov-na-Donu və Volqoqrad kimi çay şəhərləri ilə birləşdirəcək. Bu kombinə edilmiş kruiz Xəzər regionunda turizm axınının artması üçün yeni imkanlar yaradacaq, həmçinin, Volqa çayının aşağı axınlarında kruizlərin inkişafını stimullaşdıracaq.

Bundan başqa, 2025-2026-cı illərdə Nijni Novqorod zavodunda tikilən “Kareliya” layihəsinin “çay-dəniz” sinfinə aid üç kruiz laynerinin istismara verilməsi planlaşdırılır.

“Sözügedən gəmilər daxili su yolları, Xəzər, Qara, Azov və Ağ dənizlər üzrə kombinə edilmiş marşrutlarda istifadə ediləcək”, – deyə məlumatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti