Bakı. Trend:
Böyük Britaniyada “Darragh” qasırğasından sonra on minlərlə insan işıqsız qalıb, İngiltərə və Uelsdə daşqın xəbərdarlıqları davam edir.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, həftə sonu baş verən qasırğa zamanı ağacların avtomobillərin üzərinə aşması nəticəsində iki nəfər həyatını itirib. Qasırğa elektrik enerjisinin verilişini məhdudlaşdırılıb və nəqliyyatda ciddi problemlərə səbəb olub.
Qatar operatorları dəmir yolu şəbəkəsində problemlərin hələ də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.