...

Suriya hökuməti istefa verməyə hazırdır - Məhəmməd Qazi

Dünya xəbərləri Materials 9 Dekabr 2024 22:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya hökuməti Prezident Bəşər Əsədə tabe olaraq istefa verməyə hazır olduğunu bəyan edib.

Trend xəbər verir ki, bu barədə Suriya Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya” telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, müxalifətlə danışıqlar davam edir: “Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”.

Müxalifətin lideri Əhməd Əl-Şara (“Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınır) isə Əl-Cəlalinin rəhbərlik etdiyi hökumətin keçid dövründə Suriyanın xeyrinə olacağını vurğulayıb: “Bu hökumət keçid dövründə bizə fayda verəcək”.

Suriya münaqişəsinin həlli istiqamətində yeni siyasi mərhələyə keçid gözlənilir.

Xəbər lenti

Xəbər lenti