...

Suriyanın böyük şəhərləri ərzaq çatışmazlığı ilə üzləşib - BMT

Dünya xəbərləri Materials 11 Dekabr 2024 03:32 (UTC +04:00)
Suriyanın böyük şəhərləri ərzaq çatışmazlığı ilə üzləşib - BMT
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın bir neçə böyük şəhəri ərzaq çatışmazlığı ilə üzləşib.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin bəyanatında deyilir.

“Ərzaq çatışmazlığı Deyr əz-Zor, Dəməşq və Həma da daxil olmaqla böyük şəhərlərdə qeydə alınıb. Təkcə İdlib və Hələbdə çörəyin qiyməti noyabrın 27-dən dekabrın 9-dək bir neçə dəfə artıb”, - deyə məlumatda bildirilir.

Təşkilat, həmçinin qeyd edib ki, Suriyadakı xəstəxanalar həddindən artıq doludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti