Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Endryu Ferqyusonu Federal Ticarət Komissiyasının (FTK) sədri təyin edib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth" sosial şəbəkəsində yazıb.
"Endryu sübut etdi ki, o, texnoloji senzuraya qarşı durur və böyük ölkəmizdə söz azadlığını müdafiə edir", - deyə o bildirib.
D.Tramp əlavə edib ki, Endryu Ferqyuson ABŞ-nin tarixində innovasiya tərəfdarı olan ilk FTK sədri olacaq.