...

Noyabrda Türkiyə limanları 4 mindən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 11 Dekabr 2024 11:43 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin noyabr ayında Türkiyə limanları 4 373 gəmi qəbul edib.

Trend xəbər verir ki. bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 407 olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 086 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 36 550, Türkiyə bayrağı altında olan gəmilər isə 19 536 olub”, – deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti