...

Slovakiyada 5 min fəal mədəniyyət nazirinin istefasını tələb edib

Dünya xəbərləri Materials 13 Dekabr 2024 03:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bratislavanın mərkəzində Slovakiyanın mədəniyyət naziri Martina Şimkoviçovanın istefası tələbi ilə genişmiqyaslı nümayiş keçirilib.

Trend xəbər verir ki, bu barədə SME xəbər portalı məlumat yayıb.

Nümayişçilər əvvəlcə Mədəniyyət Nazirliyinin qarşısına toplaşıb, daha sonra Slovakiya hökumətinin sarayının yaxınlığındakı meydana doğru hərəkət ediblər. Aksiyanı, Şimkoviçovanın qərarlarından narazı olan mədəniyyət xadimləri təşkil edib. Onlar naziri peşəkar səriştəsizlikdə və avtoritar idarəçilikdə ittiham ediblər. Təşkilatçılar aksiyada beş min fəalın iştirak etdiyini bildiriblər.

Qeyd edək ki, Şimkoviçova bundan əvvəl Slovakiya Milli Teatrının baş direktoru Matey Drliçkanı və Slovakiya Milli Qalereyasının baş direktoru Aleksandra Kuşanı işdən azad etmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti