Bakı. Trend:
Dekabrın 3-4-də Cənubi Koreyada xüsusi müstəntiqlər qrupu hərbi vəziyyətin elan edilməsi ilə bağlı prezident Yun Sok Yola qarşı həbs qərarı verilməsi üçün müraciət etmək imkanını nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə KBS telekanalı məlumat yayıb.
Qeyd edilir ki, həmin hadisələri araşdırmaq məqsədilə yaradılmış xüsusi qrup prezident iqamətgahında axtarış aparılması ehtimalını da nəzərdən keçirir. Lakin bundan əvvəl polis belə bir cəhd göstərsə də, prezidentin təhlükəsizlik xidməti dövlət sirri ilə bağlı qaydalara istinad edərək müstəntiqləri içəri buraxmayıb və yalnız “son dərəcə məhdud sayda” sənəd təqdim edib.
Bundan əlavə, xüsusi müstəntiqlər Yun Sok Yolun zəng tarixçəsinin əldə edilməsi üçün order verilməsini də müzakirə edir. Cənubi Koreya polis rəisi Ço Ji Hon bildirib ki, prezident ona altı dəfə zəng edərək deputatların saxlanmasını tələb edib. Lakin o, həmin söhbətlərin qeydiyyata alınmadığını əlavə edib.