...

ABŞ ərazisi tezliklə əhəmiyyətli dərəcədə arta bilər - Donald Tramp

Dünya xəbərləri Materials 26 Yanvar 2025 02:39 (UTC +04:00)
ABŞ ərazisi tezliklə əhəmiyyətli dərəcədə arta bilər - Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkəsinin yaxın gələcəkdə əhəmiyyətli dərəcədə genişlənə biləcəyini bildirib.

Trend xəbər verir ki, Las-Veqasda çıxışı zamanı Tramp belə bir bəyanatla çıxış edib: "Yaxın gələcəkdə ölkəmiz çox əhəmiyyətli dərəcədə inkişaf edə bilər. Biz tezliklə bir ölkə olaraq böyüyə bilərik," - deyə o vurğulayıb. Lakin bu genişlənmənin hansı yolla həyata keçiriləcəyi barədə əlavə məlumat verməyib.

Tramp daha əvvəl Kanadanın ABŞ-a qoşulması ideyasını dəstəkləyərək, bu birliyin hərbi və digər üstünlüklər gətirəcəyini bildirmişdi. Kanada rəsmiləri isə bu təklifin mümkün olmadığını dəfələrlə vurğulayıblar.

Prezident həmçinin Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olması fikrini yenidən gündəmə gətirib. Tramp, Danimarkanın Qrenlandiyadan imtina etməyəcəyi təqdirdə, yüksək ticarət rüsumları tətbiq edəcəyini bəyan edib. Xatırladaq ki, Tramp prezidentliyinin ilk dövründə də Qrenlandiyanı almaq təklifi irəli sürmüşdü, lakin həmin vaxt da həm Danimarka, həm də Qrenlandiya bu ideyanı rədd etmişdi.

Xəbər lenti

Xəbər lenti