Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatı bütün ərəb və islam ölkələrini, xüsusən də Misir və İordaniyanı ABŞ prezidenti Donald Trampın son bəyanatlarından sonra fələstinlilərin öz ərazilərindən zorla köçürülməsinə qarşı olduqlarını təsdiqləməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə hərəkatın "Telegram" kanalındakı açıqlamasında bildirilib.
"Biz bütün ərəb və islam dövlətlərini, xüsusən də Misir və İordaniyanı fələstinlilərin öz torpaqlarından məcburi köçkünlüyünə qarşı qəti mövqelərini bir daha bəyan etməyə çağırırıq", - deyə qeyd olunub.
Hərəkat həmçinin ABŞ-ın yeni administrasiyasından “belə təkliflər verməyi dayandırmağı” və bunun əvəzinə “fələstinlilərin bütün hüquqlarını, o cümlədən paytaxtı Qüds olmaqla öz müstəqil dövlətlərini qurmaq hüququnu həyata keçirmələrini təmin etməyə çalışmağı” tələb edib.