...

Venesuela prezidenti Maduro miqrantlara vətənlərinə qayıtmağı təklif etdi

Dünya xəbərləri Materials 28 Yanvar 2025 06:28 (UTC +04:00)
Venesuela prezidenti Maduro miqrantlara vətənlərinə qayıtmağı təklif etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduro, ölkəyə qarşı tətbiq edilən sanksiyalar səbəbindən başqa ölkələrə mühacirət edən venesuelalı miqrantlara vətənlərinə qayıtmağı təklif edib.

Trend xəbər verir ki, bu barədə prezident bu barədə Venezolana de Television kanalında danışıb.

Maduro bildirib ki, "İmperializmin cinayət sanksiyaları və Venesuelanı məhv etməyə yönəlmiş iqtisadi blokadaya görə ölkəni tərk edən venesuelalı miqrantlar bilməlidirlər ki, biz sizi geri istəyirik."

O, həmçinin əlavə edib ki, miqrantlar qayıtdıqda "qürur duyacaqlar, çünki Venesuela ayağa qalxıb və getdikləri [ölkədən] daha yaxşıdır". Prezident Venesuelanın artıq "sakit, dinc, mütərəqqi, firavan" bir ölkə olduğunu vurğulayıb.

Maduro qeyd edib ki, hazırda 1,2 milyondan çox miqrant Venesuelaya geri dönüb və "Venesuela torpağına qayıtmaq istəyənlərin hamısı üçün qapılar açıqdır".

Xəbər lenti

Xəbər lenti