...

İtaliyanın Aeolian adalarında 4,8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 8 Fevral 2025 00:19 (UTC +04:00)
İtaliyanın Aeolian adalarında 4,8 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya sahillərində, Aeolian adalarında 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Zəlzələnin episentri Alicudi və Filicudi adaları arasında yerləşib, ocağı isə 17 kilometr dərinlikdə olub. Bölgədə 8 yeraltı təkan qeydə alınıb.

Yeraltı təkanlar Siciliya adasında, o cümlədən Messina, Kataniya və Palermo şəhərlərində hiss edilib, əhali arasında təşvişə səbəb olub. Dağıntı və insan tələfatı qeydə alınmayıb.

İtaliya Nazirlər Şurasının məlumatına görə, Baş nazir Ciorcia Meloni zəlzələ ilə bağlı vəziyyəti yaxından izləyir.

INGV rəhbəri Karlo Doqlioni bildirib ki, bu zəlzələlər Siciliya adasının şimal hissəsi ilə Tirren dənizinin cənub hissəsi arasında tektonik yaxınlaşma və sıxılma ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti