...

Türkiyənin Egey sahillərində ard-arda üç zəlzələ

Dünya xəbərləri Materials 8 Fevral 2025 09:25 (UTC +04:00)
Türkiyənin Egey sahillərində ard-arda üç zəlzələ
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Egey dənizində artıq bir həftədən çoxdur ki, yüksək seysmik aktivlik müşahidə olunur. Ard-arda baş verən zəlzələ və yeraltı təkanlar Yunanıstan adalarında və Türkiyənin Egey dənizi sahillərində hiss olunur.

Trend xəbər verir ki, bu gün Bakı vaxtı ilə 06:52-də Egey dənizindən 4,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Ardınca isə saat 08:08-də 3.8 bal gücündə, 08:11-də isə 3,9 bal gücündə daha iki zəlzələ olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti