...

Avropanın ən böyük vulkanı Etna yenidən püskürüb

Dünya xəbərləri Materials 10 Fevral 2025 00:21 (UTC +04:00)
Avropanın ən böyük vulkanı Etna yenidən püskürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın cənubunda yerləşən Siciliya adasında yerləşən Avropanın ən böyük aktiv vulkanı Etna yenidən püskürüb.

Trend xəbər verir ki, vulkanın "Yeni ağız" adlı kraterindən lava axını müşahidə edilib.

Hündürlüyü təxminən 3330 metr olan Etna, püskürən kül və toz dumanları ilə vulkanın ətəyindəki yaşayış məntəqələrində geniş bir əraziyə yayılaraq, əhali üzərində təzyiq yaradır.

Vulkanın sonuncu dəfə lava axını ötən ilin sentyabrında baş vermişdi.

Xəbər lenti

Xəbər lenti