Bakı. Trend:
Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın tətbiq etdiyi 25 faizlik tarifə cavab olaraq ABŞ məhsullarına tarif tətbiq edəcəyini açıqlayıb.
Trend xəbər verir ki, o, tezliklə hansı məhsullara rüsum tətbiq ediləcəyini elan edəcəyini bildirib.
Çin və Kanadadan fərqli olaraq, Meksika tarif tətbiqi ilə bağlı martın 9-na kimi gözləyəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı tarifləri qüvvəyə minib.