...

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Dünya xəbərləri Materials 14 Fevral 2025 04:27 (UTC +04:00)

Bakı. Trend:

İtaliyada hökm sürən əlverişsiz hava şəraiti Toskana regionunda və Elba adasında fəsadlara səbəb olub.

Trend xəbər verir ki, aramsız leysan yağış Livorno və Qrosseto əyalətlərində daşqına səbəb olub. Bəzi ərazilərə 110 millimetr yağıntı düşüb. Evləri su basıb, yollar və küçələr su altında qalıb. Torpaq sürüşmələri səbəbindən bəzi magistral yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Fırtına və leysan yağış Elba adasında daşqına səbəb olub. Günün ikinci yarısından sonra adaya 56 millimetrdən çox yağıntı düşüb. Evlərini su basan və avtomobillərdə köməksiz qalan onlarla insan mülki müdafiə qüvvələri tərəfindən xilas edilib.

Xəbər lenti

Xəbər lenti