...

Türkiyə İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib

Dünya xəbərləri Materials 18 Fevral 2025 20:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terrorçularına qarşı əməliyyat keçirib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi rəsmi“X” səhifəsində məlumat paylaşıb.

Məlumata görə “Qara” və “Pəncə-Kilit” əməliyyatları çərçivəsində 2 PKK terrorçusunun yeri müəyyən edilib və zərərsizləşdirilib.

“Türkiyə əsgərlərinin terrora və terrorçulara qarşı qəhramancasına mücadiləsi davam edəcək”, - paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti