...

Aİ Ukraynaya 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır

Dünya xəbərləri Materials 18 Fevral 2025 22:38 (UTC +04:00)
Aİ Ukraynaya 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı hakimiyyəti Ukraynaya azı 6 milyard avro dəyərində ən böyük hərbi yardım paketi üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti üç Avropa diplomatına istinadən bildirib.

Onların sözlərinə görə, yeni paket Rusiya ilə ABŞ-nin rəhbərlik etdiyi danışıqların ilkin mərhələsində Kiyevin mövqeyini gücləndirmək məqsədi daşıyır.

Paket haqqında məlumat Avropa Komissiyası nümayəndə heyətinin fevralın 24-də Kiyevə gözlənilən səfərindən əvvəl açıqlana bilər.

"Politico"nun iki mənbəsi bildirib ki, paketin yekun dəyəri Aİ-nin müxtəlif dövlətlərinin öz arsenallarından Ukraynaya nə göndərə biləcəyindən asılı olaraq 10 milyard avroya və ya daha çox arta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti