...

Britaniyada inflyasiya səviyyəsi sürətlə artır

Dünya xəbərləri Materials 19 Fevral 2025 12:01 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayından başlayaraq Böyük Britaniyada inflyasiya sürətlənib.

Trend xəbər verir ki, bu haqda “The Guardian” nəşri Britaniyanın Milli Statistika İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, yanvar ayında inflyasiyanın CPI göstəricisi (istehlak qiymətləri indeksi) 3 faizə yüksəlib. Hərçənd ötən ilin dekabr ayında bu göstərici 2.5 faiz təşkil edirdi.

Yerli iqtisadi təhlilçilər enerji qiymətlərinin, kommunal xərclərin və mənzil qiymətlərinin artması fonunda Britaniyada bu il inflyasiyanın 3.7 faizə qədər yüksələcəyini proqnozlaşdırır.

Qeyd edək ki, CPI göstəricisi - istehlak qiymətləri indeksi ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti