Bakı.Trend:
Avropa İttifaqına üzv olan 27 dövlətin daimi nümayəndələri Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sayca 16-cı sanksiyalar paketini təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV Avropa İttifaqı Şurasında olan mənbəyə istinadən məlumat yayıb.
“Bəli, daimi nümayəndələr bu gün səhər yeni sanksiyaları razılaşdırıblar”, - deyə adı açıqlanmayan diplomat bildirib.
Bu arada, Avropa İttfaqının Rusiyaya qarşı yeni sanksiyalar paketinə Rusiyadan olan 13 bankın və daha çox fiziki şəxslərin və şirkətlərin daxil edildiyi bildirilir. Bu barədə "The Financial Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı, eyni zamanda, Rusiyadan müəyyən növ alüminiumun idxalını tədricən qadağan etməyi planlaşdırır.