Bakı. Trend:
İsraildə Təl-Əviv şəhərinin cənubunda yerləşən Bet Yam rayonunda 3 avtobusun partlamasını yerli hüquq-mühafizə orqanları ilkin olaraq terror aktı kimi qiymətləndirir.
Trend BBC-yə istinadən xəbər verir ki, baş verən partlayışdan sonra ölkənin nəqliyyat naziri Miri Reqev bütün avtobus, qatar və tramvay reyslərinin müvəqqəti olaraq dayandırılmasına göstəriş verib.
Məqsəd ictimai nəqliyyat vasitələrində potensial partlayıcı qurğulara qarşı yoxlanışların aparılmasıdır.
Məlumata görə, daha iki avtobusda partlayıcı qurğu olsa da, onlar işə düşməyib. Partlayışlarda ölən və yaralıların olmadığı təsdiqlənib.
Bu arada, İsrailin baş naziri Binyamin Netanyahu İsrail ordusuna İordan çayının Qərb sahilində “terror mərkəzlərinə qarşı intensiv əməliyyatın” başlanılmasına göstəriş verib.