Bakı. Trend:
Avstraliya federal hökuməti əcnəbi vətəndaşların ölkədə mənzil almasına qadağa qoymağa hazırlaşır.
Trend xəbər verir ki, bu barədə baş xəzinədar Cim Çalmers məlumat verib.
“Hökumət ən azı iki il ərzində xarici investorlara hazır yaşayış binaları almağı qadağan edəcək və həmçinin əcnəbilərin torpaq alması ilə bağlı bank əməliyyatlarına ciddi nəzarət edəcək. Bu, milli mənzil bazarında qiymətləri aşağı salmaq üçün edilir”, - Çalmers vurğulayıb.