Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Tbilisi Hava Limanında yoxlamaları başa çatdırıb

Dünya xəbərləri Materials 1 Mart 2025 00:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Tbilisi Beynəlxalq Hava Limanında vətəndaşların təxliyə olunduğu elan edilən yoxlamanı başa çatdırıb.

Trend-in “Rustavi 2” telekanalına istinadən verdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti təhlükəsizlik tədbirlərinin başa çatdığını bildirib, lakin yoxlamanın konkret səbəbinin nə olduğunu açıqlamayıb.

Bundan əvvəl Gürcüstan telekanalları, ehtimal edilən partlayıcı maddə ilə bağlı xəbər üzündən Tbilisi hava limanında vətəndaşların təxliyə olunduğu barədə məlumat vermişdilər.

Xəbər lenti

Xəbər lenti