Bakı.Trend:
ABŞ-nin prezident administrasiyası hal-hazırda Birləşmiş Ştatlarda olan azı 240 min ukraynalını qaçqın statusundan məhrum etməyə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət Ukrayna münaqişəsinin başlanmasından sonra ABŞ-yə sığınmış ukraynalı qaçqınlardan gedir.
Hökumətdən olan mənbələr statusun ləğv olunmasından sonra onların qısa zamanda deportasiya olunacağını diqqətə çatdırıblar.
Bu qərarın aprel ayında elan olunacağı gözlənilir.