Bakı. Trend:
Puerto-Rikoda təxminən 40 il əvvəl həbsxanadan qaçan Xorxe Mia-Valdez ABŞ-nin Florida ştatında həbs edilib.
Trend-in ABC News-a istinadən verdiyi məlumata görə, 1987-ci ildə qaçan Mia-Valdez, o vaxtdan bəri başqa ad altında yaşayaraq quldurluq və sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib.
Yerinə yetirilən araşdırmalar nəticəsində, 1986-cı ildə çəkilmiş barmaq izləri onun indiki barmaq izləri ilə uyğun gəldi. Mia-Valdez əvvəlcə iki dəfə polis tərəfindən saxlanıb, lakin "lazım olmadığı" üçün buraxılıb. Üçüncü dəfə saxlanıldıqda isə həbs edilib.