Bakı. Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç, ölkənin mədəniyyət nazirinə hücum edən şəxsin saxlanıldığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə "Tanjug" agentliyi xəbər yayıb. Vuçiç, Smederevo şəhərindəki sakinlərlə görüşü zamanı, "Biz o alçağı tutduq. Serbiyada zorakılığı sevən hər kəs həbsxanaya gedəcək", – deyə bildirib.
Mədəniyyət naziri Nikola Selakoviç isə hücumçunun ona yumruqla sifətinə zərbə endirdiyini, eyni zamanda söyüşlər və siyasi xarakterli ittihamlar səsləndirdiyini bildirib.
Ötən gün Prezident Vuçiç, etiraz aksiyaları zamanı mədəniyyət nazirinə hücum edildiyini açıqlamışdı.